“BU QANUN TƏHSİLİMİZİ ƏLAVƏ PROBLEMLƏRLƏ MƏŞĞUL EDƏCƏK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, dünən deputat Fazil Mustafa Təhsil Qanunu ilə bağlı səsləndirdiyi fikirdən sonra öz facebook səhifəsində də məsələyə aydınlıq gətirib. 

 

TİA.AZ xəbər verir ki, dünən deputat Fazil Mustafa Təhsil Qanunu ilə bağlı səsləndirdiyi fikirdən sonra öz facebook səhifəsində də məsələyə aydınlıq gətirib.

 

O, dərslərin iyun ayının ortalarına qədər uzadılmasının dərsin keyfiyyətinə hansısa müsbət təsir göstərmədiyini, əksinə həm valideynlər, həm müəllimlər, həm də şagird-tələbələr üçün maddi və başqa problemlər yaratdığını söyləyib. Bu qərarın dəyişdirilməsini, dərslərin sentyabrın 1-dən başlaması və mayın 25-də tamamlanmasının çoxluğun maraqlarına uyğun gəldiyini ifadə edib:

“Bəzən deyirlər ki, Avropa ölkələrində cəmi 45 gün tətil edirlər, ancaq bir şeyi unutmayın ki, orada təhsil hamı üçün əlçatandır və məktəbin görünməyən xərcləri valideynin çiynində deyil. Mən də istərdim ki, uşaqlar məktəbdə daha çox olsunlar, oxusunlar, ancaq sual olunur, hansı məktəbdə? İdman üçün şərait yox, üzgüçülük hovuzu yox, sinif otaqlarında, auditoriyalar da adicə kondisioner yox, üstəlik də onları məktəbə daşıyacaq avtobusdan başqa ictimai nəqliyyat yox, üstəlik də zavallı müəllimin maaşı da aşağı səviyyədədir. Bir çox valideyn gün ərzində avtomobillə bir neçə dəfə məktəbə gedib-gəlməli olur ki, uşağının təhlükəsizliyini təmin etsin.
Mövzu ilə əlaqədar çıxışımda həm də bildirdim ki, Ali məktəblərin bakalavr pilləsinə qəbul üçün hazırlıq qruplarının təşkil olunmasına icazə verilməsi də kütləvi savadsızlığın artmasına öz töfhəsini verəcəkdir. İstəmiriksə, adamlar xaricdə təhsil almaq üçün valyutanı ora daşımasınlar, universitetlərdə təhsilin keyfiyyətini qaldırmaq və qəbulu asanlaşdırmaq lazımdır. Buraxın, kim hansı məktəbə istəyir girsin, sadəcə oxuma şərtlərini ağırlaşdırın ki, savadsız adam diplom ala bilməsin. Yəni giriş asanlaşdırılsın, çıxış çətinləşdirilsin! Təsadüfi adam diplom ala bilməsin. Avropada, Amerikada belədir. Adam ali məktəbdə illərlə oxumadan girələnmək istəyirsə, qoy pulunu izafi yerə xərcləsin. Bu, Sovet dövrü deyil ki, əksəriyyət statistikaya görə, ali təhsilli olsun. Hazırlıq qruplarında oxuyub, aşağı ballarla ali məktəbin birinci kursuna daxil olanların yaratdığı mühitdə yüksək balla qəbul olanların da öyrənmə rəqabəti xeyli zəifləyəcək. Hesab edirəm ki, bu Qanun da onsuz da keyfiyyəti yüksək olmayan təhsilimizi əlavə problemlərlə məşğul edəcək”.

İlahə