backend

“Bu pul heç işıq puluna çatmayacaq”-Spiker

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dedin ki, bu il Milli Məclisin büdcəsi 394 min manat artırılır.  

“Dedin ki, bu il Milli Məclisin büdcəsi 394 min manat artırılır. 

Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni artım yoxdur”.

TİA.AZ xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentdə “Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihəsini şərh edən Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyevin fikrinə münasibət bildirərkən deyib.

Spiker bildirib ki, həqiqətən keçən illlər Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyə xərclərini aşağı salıb: “Ezamiyyə xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu. Bizdə də ən çox dövlət təşkilatları içərisində xaricə ezamiyyətə gedənlər parlament nümayəndə heyətləridir. Bu ildən artıq iki dənə saxladığımız parlament nümayəndə heyətinin fəaliyyətini bərpa etmişik. Baş nazirə də məktub yazmışam, Samir Şərifova da demişəm. Ezamiyyə xərcləri məsələsi qeydə alınmalıdır. Çünki beynəlxalq təşkilatlarda Milli Məclis iştirak etməsə, işlərdə çox böyük axsaqlıq olar. Ona görə də dekabrın 16-da bu məsələlələr hökumətin diqqət mərkəzində olsun”.