Bu proqramları telefonunuzdan dərhal silin! – Yoxsa…

Bu proqramları telefonunuzdan dərhal silin! – Yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən populyar internet brauzeri olan “Google Chrome”un 16 əlavəsində zərərli “extension” aşkar edilib.

Tribunainfo.az xəbər verir ki, bu təhlükəsizlik boşluğundan 3,2 milyondan çox istifadəçi təsirlənib.

GitLab Threat Intelligence qrupunun araşdırmasına görə bu zərərli əlavələr istifadəçilərin brauzerlərində boşluqlar yaradır və reklam fırıldaqçılığı, eləcə də axtarış sistemi manipulyasiyası kimi fəaliyyətlər üçün istifadə olunurdu. Mütəxəssislər bildirir ki, əlavələr əvvəlcə təhlükəsiz olub, lakin sonradan hakerlər tərəfindən ələ keçirilərək zərərli yeniləmələrə məruz qalıb.

Zərərli kodlar vasitəsilə şəxsi məlumatların oğurlandığı, istifadəçilərin aldadıcı vebsaytlara yönləndirildiyi və leqal reklamların dəyişdirildiyi müəyyən edilib.

Bu əlavələri dərhal silin:

Adblocker for Chrome

Adblock for You

 

Adblocker for Chrome

 

Nimble Capture

 

KProxy

 

Page Refresh

 

Wistia Video Downloader

 

WAToolKit

 

Blipshot

 

Emojis (Emoji Klavyesi)

 

Color Changer For YouTube

 

Video Effects for YouTube and Audio Enhancer

 

Themes for Chrome and YouTube Picture in Picture

 

Mike Adblock für Chrome

 

Super Dark Mode

 

Emoji Keyboard Emojis for Chrome

 

Google artıq bu zərərli əlavələri Chrome Web Mağazasından silib. Ancaq əgər daha əvvəl bu əlavələrdən birini yükləmisinizsə, onu manual şəkildə silməyiniz və cihazınızı virus yoxlamasından keçirməyiniz tövsiyə olunur.