Bu prezident istefaya göndərildi

Bu prezident istefaya göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabr ayında Cənubi Koreyada hərbi vəziyyət elan etdiyi üçün müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeol Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi Yoonun hərbi vəziyyət elan etməsinin konstitusiyada nəzərdə tutulan “milli böhran” şərtinə uyğun gəlmədiyinə və bu səbəbdən konstitusiyaya zidd olduğuna qərar verib.

Məhkəmə həmçinin bildirib ki, Yoon hərbi vəziyyət elan edildikdən sonra qərarın rədd edilməsinin qarşısını almaq üçün Milli Məclisə əsgər göndərməklə qanunu pozub.

Belə ki, Konstitusiya Məhkəməsi Milli Assambleyanın impiçment tələbini qəbul edib və hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Yoonun vəzifəsindən kənarlaşdırılmasını təsdiqləyib.

 

Dəniz Pənahova