Bu pilotin fotoları qalmaqala səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyalı pilot Daniel Centeno digər məsləkdaşları kimi işinə görə dünyanın dörd bir tərəfini təyyarə ilə qət edir.

 

Braziliyalı pilot Daniel Centeno digər məsləkdaşları kimi işinə görə dünyanın dörd bir tərəfini təyyarə ilə qət edir.

 

Açdığı İnstaqram hesabında 63 min təqibçisi olan Daneil Centeno bu hesabından getdiyi yerlərin şəkillərini paylaşmağı da yaddan çıxarmır. Amma Daniel Centenonun bəzi şəkilləri təqibçilərinin etirazına səbəb oldu. Uçuşa aid paylaşdığı şəkillərdəki hərəkətləri xüsusən də tez-tez uçuş edən sərnişinlərin etirazına səbəb olub. Belə ki, həmin fotolarda pilot şelfi çubuğunu kabindən çıxarır, ya da pəncərəni açıb, başını bayıra çıxararaq poza verir. Bu isə onun uçuşlarda təhlükəsizlik qaydalarını tamamilə pozduğunun göstəricisidir.

 

Halbuki işin gerçəyi tamamən fərqlidir. Belə ki, təqibçilərndən aldığı etiraz dolu məktublardan sonra Centeno bildirib ki, sözügedən şəkillər fotoşop məhsuludur və uçuş zamanı belə şəkillər çəkmək ümumiyyətlə, praktiki baxımdan mümkün deyil.

 

Musavat.com