BU ÖZƏL LİSEYLƏR KƏND MƏKTƏBLƏRİNƏ UDUZUR – SİYAHI

BU ÖZƏL LİSEYLƏR KƏND MƏKTƏBLƏRİNƏ UDUZUR – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİM hər il olduğu kimi 2022-ci il üçün də qəbul və buraxılış imtahanları nəticələrinə dair elmi-statistik təhlili çap edib. Təhlilə əsasən, ölkə üzrə 600 baldan yuxarı nəticə göstərənlərin məktəblər üzrə sayına əsasən kənd və şəhər məktəbləri siyahıda liseyləri qabaqlayıb. Bu onu deməyə əsas verir ki, kənd məktəblərinin şagirdləri qəbulda lisey şagirdləri ilə müqayisədə daha yüksək nəticə göstərirlər. Çap edilən təhlildə Heydər Əliyev adına lisey, Bakı şəhəri Texniki humanitar liseyi kənd məktəblərindən geridə qalıb.

Tribunainfo.az yazır ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzüç sözlərinə görə, resursları, texnologiyaları, pedaqoji göstəriciləri və əmək haqqı yüksək olan liseylər bu göstəricilərə görə kənd məktəblərinə uduzurlar.

“Statistikalardan görsənir ki, elə kənd məktəbləri var ki, burada abituriyentlərin ümumi sayına nəzərən 600-dən çox bal toplayanların faiz göstəricisi ən tanınmış liseylərdən və şəhər məktəblərindən yüksəkdir.

Məsələn, DİM-in elmi-statistik təhlilindən görsənir ki, Cəlilabadın, Ağcabədinin, Qəbələnin hansısa bir kənd məktəbində (diqqət yetirin, lütfən, məhz kənd məktəbində) yüksək bal toplayanların faizi Heydər Əliyev adına Liseydən qat-qat yüksəkdir.
Hətta güclü ənənələrə malik xeyli təhsil müəssisələrinin bu tip göstəriciləri kənd məktəblərindən xeyli aşağı görsənir.
Görəsən ETN, resursları güclü olan liseylər və şəhər məktəbləri bunu necə izah edirlər?”.