Rusiyada 5 yaşlı qız internet oyununun qurbanı olub.
Rusiyada 5 yaşlı qız internet oyununun qurbanı olub.
TİA.AZ Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya polisi azyaşlı qızları”Atəş pəri”lərinə çevirən oyunla bağlı araşdırma aparır. Oyunazyaşlıları ölümə aparır.
Oyun “Winx Club: School of Witches”-in istehsalıdır. Oyun azyaşlı qızları evdə hamıdan gizlin qaz kranlarını açmağa çağırır.
Lakin bu dəhşətli oyuna görə neçə-neçə azyaşlı onun qurbanı olur. Onlardan biri də 5yaşlı Sofia Ezhovadır. Oyunun təqdimatı belə başlayır:
“Gecəhər kəs yatandan sonra gizlincə yerindən qalxırsan, otaqda 3 dövrə vurduq dansonra mətbəxə gedirsən. Burada sehrli sözləri deyib, bütün qaz kranlarını açırsan. Sehirli sözlərin effektini itirməməsi üçün bundan kimsənin xəbəri olmamalıdır. Yanmaq istəmirsənsə, qazı yandırma. Sonra isə get yat. Səhər duranda görəcəksən ki, sehrli gücə sahibsən. Daha sonra isə bizə təşəkkür et”.