Bu gün Kristal Zalda keçirilməsi planlaşdırılan Türkmənistan və Fələstin komandaları arasında kişilərarası voleybol yarışı ləğv edilib.
Bu gün Kristal Zalda keçirilməsi planlaşdırılan Türkmənistan və Fələstin komandaları arasında kişilərarası voleybol yarışı ləğv edilib.
TİA.AZ xəbər verir ki, məlumatı Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi təsdiq edib.
Bu matça bileti olan tamaşaçılar bilet üçün ödənilmiş məbləği 13 may tarixindən etibarən 5 iyun 2017-ci ilədək geri ala bilərlər.
Geri qaytarılan biletlər Bilet Satışı Veb Səhifəsindən alınıbsa və ödəniş kart (kredit/debit kartı) vasitəsilə olubsa, bu zaman bileti olan tamaşaçının heç bir satış kassasına getməsinə gərək olmadan, ödənilən məbləğ köçürmə vasitəsilə alıcının ödəniş etdiyi karta (kredit/debit kartı) qaytarılacaq.
Biletlər Şəhər Bilet Satışı Kassalarından və ya Yarış Obyektlərinin Kassalarından nağd ödənilərək alınıbsa, bu zaman ödənilmiş məbləğ nağd olaraq geri qaytarılacaq.