Bu Orta Asiya ölkəsində anormal istilər- Hərəkətdə olan avtobus alovlandı (VİDEO)

Bu Orta Asiya ölkəsində anormal istilər- Hərəkətdə olan avtobus alovlandı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkənddə 45 dərəcəlik isti fonunda ictimai nəqliyyatda təhlükəli hal qeydə alınıb – 64 nömrəli marşrut avtobusu hərəkətdə olarkən yanmağa başlayıb.

Tribunainfo.az  Özbəkistan mediasına istinadən xəbər verir ki, 20 iyul 2025-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənddə yerləşən Uçtepa rayonunun Birlika massivində hərəkətdə olan 64 nömrəli sərnişin avtobusu qəfil alovlanıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, bu, anomal istilərin texniki avadanlıqlara təsiri baxımından ciddi narahatlıq doğurub.

Son günlərdə Daşkənddə havanın temperaturu +45 °C-yə qədər yüksəlib. Özbəkistan Hidrometeorologiya Xidməti (Ugidromet) xəbərdarlıq edir ki, bu cür hava şəraiti ciddi iqlim yükü yaradır. İxtisaslaşdırılmış meteoroloji qurumların məlumatına görə, bu cür yüksək istilər nəinki insanların sağlamlığına, həm də avtomobil texnikasına təsir edir. Mütəxəssislər qeyd edirlər ki, belə temperaturlarda texniki nasazlıqların və alovlanmaların riski dəfələrlə artır.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəmi 6 dəqiqəyə çatıb və alovu operativ şəkildə söndürüb. Avtobusun içərisində olan sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunub. Hazırda yanğının dəqiq səbəbləri araşdırılır.

Rəsmi mənbələr qeyd edir ki, Özbəkistanda anomal hava şəraiti bir neçə bölgədə meşə və otlaq yanğınlarına da səbəb olub. Mütəxəssislər və fövqəladə hallar xidməti əhaliyə texniki avadanlıqlardan istifadə zamanı daha diqqətli olmağı tövsiyə edirlər.

İmran Kərimli