“Bu, onların tamamilə ağıllarını itirdikləri barədə xəbərdarlıqdır” – Budanov

“Bu, onların tamamilə ağıllarını itirdikləri barədə xəbərdarlıqdır” – Budanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusların Dneprə atdığı raket eksperimentaldır, Rusiyada onların sayı məhduddur”.

Tribunainfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov yerli mətbuata deyib.

Onun sözlərinə görə, “Oreshnik” tədqiqat işinin adıdır, yəni sadəcə koddur: “Sistemin özü “Kedr” adlanır. Bu, eksperimental sistem, orta mənzilli ballistik raket və nüvə silahı daşıyıcısıdır. Ondan qeyri-nüvə variantında istifadə etmələri onların tamamilə ağıllarını itirdikləri barədə xəbərdarlıqdır”.

Hərbi kəşfiyyatın sözçüsü Vadim Skibitski isə əlavə edib ki, bu raketlərin kütləvi istehsalından söhbət gedə bilməz, çünki bunun üçün ən azı on sınaq keçirmək lazımdır. Və əgər bu zərbə tədqiqat-döyüş istifadəsi üçündürsə, deməli Rusiya Federasiyasında ən azı 10 belə raket var.