Bu ölkəyə vizasız gedə biləcəyikbackend

Bu ölkəyə vizasız gedə biləcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.

Görüşdə Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

1

Belarus

90 gün

2

Gürcüstan

90 gün

3

Qazaxıstan

90 gün

4

Qırğızıstan

90 gün

5

Moldova

90 gün

6

Özbəkistan

90 gün

7

Rusiya

90 gün

8

Tacikistan

90 gün

9

Ukrayna

90 gün

10

Türkiyə

90 gün

11

Qətər

30 gün

Qeyd: Təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir.

12

Birləşmiş Ərəb Əmirlikləri

90 gün

13

Serbiya

90 gün

14

Albaniya

90 gün

15

Mərakeş

90 gün

Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar./Referans.az/