Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak olub.
Tribunainfo.az “France Presse”ə istinadən xəbər verir ki, Malavinin vitse-prezidenti Saulos Çilimanı və onu müşayiət edən 9 nəfəri daşıyan təyyarənin qalıqları tapılıb.
Qəzanın baş verdiyi ərazidən fotolar yayımlanıb.
Qeyd edək ki, ötən gün Malavi vitse-prezidenti və daha 9 nəfərin olduğu təyyarə radardan itmişdi.
Bu barədə BBC ofisin bəyanatına istinadən məlumat yayıb.
Bildirilmişdi ki, Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarə paytaxt Lilonqveni tərk etdikdən sonra radardan itib.