Bu ölkənin paytaxtı DƏYİŞİR: Bütün şəhər köçürülür

Bu ölkənin paytaxtı DƏYİŞİR: Bütün şəhər köçürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın hazırkı paytaxtı Cakarta təbii fəlakətlər, infrastruktur problemləri və qrunt suları səbəbindən sürətlə batdıqdan sonra yeni paytaxtın Nusantaraya köçmək üçün işlər böyük ölçüdə tamamlanıb.

Musavat.com“Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın milli inkişaf planlama naziri Suharso Monoarfa məlumat verib.

Onun sözlərinə görə, prezident Coko Vidodo İndoneziyanın coğrafiyasını əks etdirdiyi üçün 80 ad arasında paytaxtın yeni adı kimi “arxipelaq” mənasını verən “Nusantara” adını seçib.

Prezident Vidodo isə yeni paytaxta köçmə prosesinin 80 faiz tamamlandığını və təmiz su bağlantısı təmin edildikdən sonra gələn ay yeni ofisindən işə başlayacağını açıqlayıb.

“Yeni ofisimlə bağlı son dərəcə optimistəm. Avqust ayında Müstəqillik Günü çərçivəsində yeni paytaxtın rəsmi fəaliyyətə başlamasını planlaşdırırıq”, – o, Prezident sarayının qarşısında verdiyi açıqlamada bildirib.

Vidodo hökuməti həmçinin ölkə əhalisinin 60 faizindən çoxunun və iqtisadi fəaliyyətlərin yarıdan çoxunun yaşadığı Yava adasındakı sıxlığı azaltmaqla milli sərvəti bütün ölkəyə yaymağı hədəfləyir.