BU ÖLKƏNİN ADI DƏYİŞƏCƏK

BU ÖLKƏNİN ADI DƏYİŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda ölkənin adının dəyişdirilməsi ilə bağlı müzakirələr gedir.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Hindistanın adının “Bharat” olaraq dəyişdiriləcəyi iddia edilib.

Sentyabrın 9-10-da keçiriləcək G-20 Sammitində veriləcək şam yeməyinə dəvət adı mübahisələrə səbəb olub. İngilis dilində göndərilən dəvətnamədə Hindistanın ingiliscə adının əvəzinə “Bharat” adı istifadə edilib.

Bəzi yerli kanalların dövlət rəsmilərinə söykəndiyi xəbərlərdə ölkənin adının dəyişdiriləcəyi iddia edildi. Əslində, Bharat hətta Hindistan konstitusiyasında qeyd olunan adlardan biridir.

Lakin son illərdə Narendra Modi hökuməti Britaniyanın müstəmləkə dövrünün izlərini ölkə mədəniyyətindən silmək istəyir. Modi özü tez-tez Hindistan əvəzinə “Bharat” adından istifadə edir.

Ölkədə Britaniya müstəmləkəsi dövründən qalan bir çox yol və küçə adları dəyişdirilib.

Lakin ölkə adının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı dəqiq məlumat yoxdur.