Amerikanın “Forbes” jurnalı qadınların səyahəti üçün təhlükəli ölkələrin siyahısını hazırlayıb.
Amerikanın “Forbes” jurnalı qadınların səyahəti üçün təhlükəli ölkələrin siyahısını hazırlayıb.
TİA.AZ xəbər verir ki, siyahıya 10 ölkənin adı daxil edilib. Qadınlar üçün ən çox təhdidin olduğu ölkələr siyahısında ilk yeri Misir tutub. daha sonrakı yerlərdə isə Mərakeş və Yamayka gəlir.
Maraqlı məqam odur ki, siyahıya Türkiyənin də adı əlavə olunub. Belə ki, Ankara bu siyahıda 9-cu yeri tutub. Jurnal qadınları Türkiyədə daha çox geyimlərinə diqqət etməyə və açıq-saçıq geyimlərdən uzaq durmağa səsləyib.
“Forbes”in qadınlar üçün təhlükəli saydığı ölkələrin onluğunu təqdim edirik:
1. Misir
2. Mərakeş
3. Yamayka
4. Hindistan
5. Peru
6. Baham adaları
7. Kolumbiya
8. Ekvador
9. Türkiyə
10. Qvatemala