Hər ölkənin özünəməxsus qayda-qanunları və qadağaları var. Hər kəs bu qaydalara əməl etməyə məcburdur. Bəzi ölkələrdə isə mövcud qadağalar olduqca ilginc və maraqlıdır.
Tribunainfo.az xəbər verir ki, İsveçrədə axşam saat 10-dan sonra paltaryuyan, tozsovuran işlətmək qadağandır. Həmçinin axşam 10-dan sonra unitazın baçokunu çekməyə də qadağa var.
Çində piyada keçidində dayanmaq qadağandır. Bunu üçün hətta cərimə də var. Əgər siz piyada keçidində dayanmısınızsa, buna görə 5 yuan cərimələnirsiz.
Avstralyanın Viktoriya bölgəsində evin lampasını dəyişdirmək qadağandır.
Kanadada sarı rəngdə marqarin yağı satmaq qadağandır. Kərə yağı ilə qarışıq olduğu hesab edildiyi üçün belə qadağa qoyulub.
Norveçdə kiçilərin ən az 5 ildən bir qonşu ölkələrə dəniz yolu ilə getmələri tələb edilir. Bu bir yerdə yaşamağa adət etməmək, hər yerə uyğunlaşmağı öyrənmək üçündür. Daimi bir yerdə yaşamaq qadağandır.
Taylandda gündəlik geyimdə və mayka üslublu geyimlərdə maşın sürmək qadağandır. Maşın sürərkən köynək geyinməyiniz mütləqdir.