BU ÖLKƏLƏR QARABAĞ MƏSƏLƏSİ İLƏ BAĞLI GİZLİ DANIŞIQLAR APARIB

BU ÖLKƏLƏR QARABAĞ MƏSƏLƏSİ İLƏ BAĞLI GİZLİ DANIŞIQLAR APARIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ, Avropa İttifaqı və Rusiyanın yüksək rütbəli rəsmiləri İstanbulda Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqlar aparıblar. Azərbaycanın regionda antiterror tədbirləri başlamazdan əvvəl görüş sentyabrın 17-də baş tutub. Tribunainfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Yüksək rütbəli diplomatın nəşrə verdiyi məlumata görə, danışıqlarda iştirak edənlər “Qarabağın doqquz aylıq blokadasına son qoyması və Ermənistandan gələn humanitar yardım karvanları üçün dəhliz açılması üçün Bakıya təzyiq etmək” istəyiblər.

“İclasda bloklanan yük maşınlarının necə köçürülməsi müzakirə olunub”, – nəşr qeyd edir.

“Politico”nun məlumatına görə, görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Avropa İttifaqı üzrə Toivo Klaar, Rusiya prezidentinin Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.