Bu ölkələr Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır

Bu ölkələr Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Yuri Borisov bildirib ki, Rusiya və Çin 2033-2035-ci illərdə Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırırlar.

Trjbunainfo.az Trt Haber-ə istinadən xəbər verir ki, Borisov Moskvada keçirilən tədbirdəki çıxışında Ayda birgə tədqiqatların aparılması üçün müqavilə imzaladıqlarını bildirib.

Çinlə birlikdə Ay üzərində araşdırmalarla bağlı əhəmiyyətli bir layihənin hazırlandığını izah edən Borisov, “Çinli həmkarlarımızla 2033-2035-ci illərdə Ay səthində nüvə layihəsinə başlayacağıq” deyib.