BU ÖLKƏDƏ YÜZLƏRLƏ MÜSƏLMAN HƏBS EDİLDİ – İĞTİŞAŞLAR…

BU ÖLKƏDƏ YÜZLƏRLƏ MÜSƏLMAN HƏBS EDİLDİ – İĞTİŞAŞLAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın şərqində bir gecədə keçirilən reydlər zamanı 100-dən çox müsəlmanı həbs edib, burada bir xristianın Qurana hörmətsizlik etdiyi iddiasına görə qəzəblənən müsəlman kütlələr azlıqların xristian kilsələrinə və evlərinə hücum edib, hakimiyyət asayişi bərpa etmək üçün qoşun çağırıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “The Associated Press” məlumat yayıb.

Qəzəbli kütlə kilsəni yandırıb, digər kilsələrə də ziyan dəyib. İğtişaşlar nəticəsində yerli xristian icmasının nümayəndələrinin 20-yə yaxın evi yandırılaraq dağıdılıb.