Bu ölkədə yolları qaynar su basdı-VİDEO

Bu ölkədə yolları qaynar su basdı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın üçüncü böyük şəhəri olan Novosibirskdə istilik sistemindəki nasazlıq səbəbindən küçələri qaynar su basıb.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Sibir Federal Dairəsinin paytaxtı Novosibriskin Leninski rayonunda, mərkəzi istilik sistemində baş verən texniki nasazlıq yüzlərlə çoxmənzilli binaya ziyan vurub.

Novosibirsk meri Oleq Klemeşov bildirib ki, nasazlıq səbəbindən ümumilikdə 237 binada istilik təmin oluna bilməyib. Həmçinin bildirilib ki, 20 məktəb istiliklə bağlı nasazlıq səbəbindən distant təhsilə keçib.

Eyni zamanda bəzi xəstəxanalarda əvvəlcədən planlaşdırılmış əməliyyatların aparıla bilmədiyi və Kirovski rayonunda tramvayların hərəkətinin dayandırıldığı bildirilib.