Dünyanın ən yaşlı cəmiyyətinə sahib ölkəsi Yaponiya həm doğum nisbətinin aşağı düşməsi, həm də yaşlı əhalinin tənhalığına çarə axtarır.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Şərqi Asiya ölkəsi Yaponiyada 2022-ci ildə illik doğum sayı ilk dəfə 800 minin altına düşərək 799 min 728 olaraq qeyd edildi.
2023-cü ilin yanvar-iyun aylarında yeni doğulan körpələrin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 371 min 52 nəfər olub.
Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutunun məlumatına görə, 2040-cı ilə qədər Yaponiyada 65 və yuxarı yaşlı insanların ümumi əhaliyə nisbəti 35 faizi keçəcək.
Dəniz Pənahova