BU ÖLKƏDƏ VİRUS YAYILDI, UÇUŞLAR DAYANDI

BU ÖLKƏDƏ VİRUS YAYILDI, UÇUŞLAR DAYANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya “naməlum xəstəlik” səbəbindən Misirdən uçuşlara sərt qaydalar tətbiq edib.

Tribunainfo.az xəbər verir ki, yüksək hərarət, baş və mədə ağrısı ilə özünü göstərən xəstəlik Misir turizminə mənfi təsir göstərir.

Rusiyanın səhiyyə orqanı Rospotrebnadzor, naməlum xəstəlik aşkar edildikdən sonra Misirdən uçuşlar üçün təhlükəsizlik protokollarının sərtləşdirildiyini açıqladı.

Misirdən gələn sərnişinlər üçün karantin də daxil olmaqla əlavə nəzarətin həyata keçiriləcəyi qeyd edilib. Açıqlamada xəstəliyin əlamətlərinin “denq qızdırması”na bənzədiyinə dair məlumatlar da yer alıb.

Rusiya hakimiyyəti Misir rəsmiləri ilə əlaqə saxlayıb və xəstəliyin növünü müəyyən etmək və lazımi tədbirlər görmək üçün məlumat istəyib.

Qeyd edək ki, bu ölkə rusiyalı turistlərin Türkiyədən sonra ikinci ən populyar istirahət məkanıdır. Denge qızdırması müəyyən növ ağcaqanad dişləməsi ilə ötürülür. Xəstəlik insandan insana keçmir, yalnız ağcaqanadlar vasitəsilə ötürülə bilər.