Bu ölkədə vəba epidemiyası yayılır – Ölənlərin sayı 4 minə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə vəba epidemiyasının yayıldığının elan olunduğu iyul ayından bu yana ölkədə ölənlərin sayı 4 minə çatıb. 

 

Yəməndə vəba epidemiyasının yayıldığının elan olunduğu iyul ayından bu yana ölkədə ölənlərin sayı 4 minə çatıb. 

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı vaksinlərin təcili şəkildə Yəmənə çatdırılması üçün alternativ martşrutlar tapılmasına çağırır.

Ötən ay təşkilat Yəmənə 1 miyon vaksin dozası göndərib. Hər gün orada 3-5 min yeni xəstə qeydə alınır. Paytaxt Sanaada mayın 15-də fövqəladə vəziyyət elan olunub və beynəlxalq yardım istənilib.

Epidemiyanın Yəmənin 22 bölgəsindən 19-da yayılıb. Xəbərdarlıq edilib ki, ölkəyə təcili yardım olunanadək hər həftə vəba xəstələrinin sayı iki dəfə arta, “Yəmənin sərhədlərini aşa bilər”. 

Paytaxt Sanaa silahlı Husi hərəkatının nəzarətindədir. İranın dəstəklədiyi şiəməzhəb husilər Səudiyyə koalisiyası ilə mübarizə aparır. Müharibədə 10 mindən çox insan öldürülüb, milyonlarla köçkün yaranıb. Ölkə infrastrukturuna ciddi ziyan dəyib.