Ziyarətçilərin sayını və ətraf mühitin çirklənməsini azaltmağı hədəfləyən Hollandiyanın paytaxtı Amsterdam bələdiyyəsi böyük kruiz gəmilərinin şəhərin mərkəzində lövbər salmasına qadağa qoyub.
Tribunainfo.az TRT H aber-ə istinadən xəbər verir ki, Siyasətçilər böyük gəmilərin şəhərin davamlılıq hədəfləri üçün uyğun olmadığına diqqət çəkdilər.
Qərar Amsterdamın əsas qatar stansiyası yaxınlığında, IJ çayının kənarındakı kruiz gəmisi terminalının bağlanması deməkdir.
Bu, paytaxtda kütləvi turizmin qarşısının alınması üçün həyata keçirilən sonuncu tədbirlərdən biri idi.
Xatırladaq ki, mart ayında bələdiyyə şəhərdə subaylıq gecəsi keçirmək istəyən ingilis gənc kişilərə gəlməmələri barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, böyük kruiz gəmiləri kütləvi turizmin simvoluna çevrildi və qadağa şəhər şurasında böyük səs çoxluğu ilə qəbul edildi.