BU ÖLKƏDƏ TİKTOK QADAĞAN EDİLDİ – SƏBƏBbackend

BU ÖLKƏDƏ TİKTOK QADAĞAN EDİLDİ – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepal hökuməti TikTok sosial media tətbiqini “ictimai quruluşa zərər verdiyi”ni əsas gətirərək qadağan etmək qərarına gəlib.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Nepal da Çinin TikTok sosial media platformasını qadağan edən ölkələrə qoşulub.

Rabitə və İnformasiya Texnologiyaları Naziri Rekha Şarma, platformanın etiraz doğuran məzmun yaydığını və qadağanın dərhal qüvvəyə minəcəyini və səlahiyyətlilərə qərarın icrası üçün göstəriş verildiyini bildirib.

Xarici işlər naziri Narayan Prakash Saud, Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, hökumətin sosial media platformaları olan şirkətlərdən Nepalda qeydiyyatdan keçmələrini və əlaqə ofisi açmağı, vergiləri ödəmələrini və ölkənin qanun və qaydalarına riayət etmələrini istəyib.