BU ÖLKƏDƏ ŞİDDƏTLİ SOYUQ DALĞA – MƏNFİ 40 DƏRƏCƏYƏ ENƏCƏK

BU ÖLKƏDƏ ŞİDDƏTLİ SOYUQ DALĞA – MƏNFİ 40 DƏRƏCƏYƏ ENƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinə təsir edən soyuq dalğa ölkəni ağ rəngə bürüdü.

Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Çinə təsir edən soyuq dalğa güclü qar yağmasına səbəb olub. Ölkədə küçələr ağ rəngə bürünərkən, magistral yollar nəqliyyata bağlanıb.

Həftə sonu Çinə təsir edən soyuq dalğa paytaxt Pekində də daxil olmaqla bir çox şəhərdə səlahiyyətliləri narahat edib. Ölkə ərazisində yağan güclü qar səbəbindən küçə və prospektlər ağ örtüklə örtülüb. Buzlanma səbəbindən səlahiyyətlilər bəzi magistral yolları nəqliyyatın hərəkəti üçün bağlayıb.

Bildirilib ki, Henan əyalətində yolların buz bağlaması və sıx duman səbəbindən avtomobil yollarında çoxlu qəzalar baş verib. Ningxia Huy Muxtar Bölgəsində və Qansu əyalətində bəzi magistral yollar nəqliyyat üçün bağlansa da, qatarların hərəkəti də dayandırılıb.

Bildirilib ki, soyuq dalğa ölkə boyu şimaldan cənuba doğru gedir və həftənin sonuna qədər temperaturun aşağı düşəcəyi gözlənilir. Çin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, Sintszyan-Uyğur Muxtar Rayonu, Daxili Monqolustan Muxtar Bölgəsi, Heilongjiang, Qansu və Çinxay əyalətlərində havanın temperaturu mənfi 40 dərəcədən aşağı düşə bilər.

Heilongjiang əyalətinin Yichun şəhərində temperaturun gələn həftə 1980-ci ilin yanvarında müəyyən edilmiş mənfi 47,9 dərəcə rekorda çatacağı gözlənilir.