Azərbaycanın Bəhreyn Krallığında səfirliyi təsis olunacaq.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Deputatlar layihəni bir oxunuşda qəbul ediblər.
Səfirlik Manama şəhərində yerləşəcək.