Dünyanın hər bir ölkəsinin öz qanunları var.
Bu qanunların bəziləri mədəniyyət və ənənələrdən asılı olaraq inkişaf edir.
Tribunainfo.az Bakupost.az-a istinadən bəzi ölkələrə məxsus qeyri-adi qadağaları təqdim edir.
Şimali Koreyada cins şalvar geyinmək olmaz
Şimali Koreyada cins şalvar geyinmək qeyri-qanunidir. Bu qadağa hökumətin qarşısını almağa çalışdığı Qərb təsiri ilə bağlıdır. Bununla yanaşı pirsinq də qadağandır. Eyni zamanda, məhdud sayda saç düzümünə icazə verilir.
Avstraliyanın Viktoriya şəhərində gecə səs-küy salmaq qadağandır
Avstraliyanın Viktoriya şəhərində gecələri səs-küy salmaq təhqiredici hesab olunur. Buna avtomobil yolları, anbarlar və emalatxanalar da daxildir. Bu ənənə zaman, məkan və ətrafdakı şərtlərdən asılı deyil.
Yunanıstanda dikdaban ayaqqabı geyinmək olmaz
Yunanıstanda hər hansı qədim abidəni və ya tarixi məkanı ziyarət etməyi planlaşdırırsınızsa, oraya dikdaban ayaqqabı geyinə bilməyəcəyinizi unutmayın. Bunun səbəbi dikdaban ayaqqabıların səthlərə və daşlara zərər verməsidir.
İsveçdə Elvis adı qadağandır
İsveçdə Superman, Veranda, Metallica, İKEA və Elvis kimi bir neçə ad qadağandır. Bu, 1982-ci ildə qəbul edilmiş “Ad qanunu”na bağlıdır. Bu adların təhqir və narahatlıq doğurduğu düşünülür.
Cənubi Koreya və Yaponiyada kameraların səsini bağlamaq olmaz
Cənubi Koreyada insanlar şəkil çəkdirərkən kameralarının səsini açmalıdırlar. 1999-cu ildə ilk telefon buraxılanda onun kamerası olub və ilk kameralı telefona yaponlar sahib idilər. Lakin şəxsi fotolar çəkməklə bundan sui-istifadə edilməyə başlayıb. Ona görə də belə bir qanun qəbul edilib.
Sinqapurda saqqız çeynəmək qadağandır
1992-ci ildən bəri Sinqapurda saqqız hazırlamaq və satmaq qeyri-leqaldır. Çünki bəzi insanlar saqqızı zibilliyə atmaqdansa hara gəldi yapışdırır. Ona görə də, saqqızlar qatarlara zərərli təsir göstərir və qapıların düzgün bağlanmasına mane olur. Bu, kinoteatrlara, iqamətgahlara və digər ictimai yerlərə də təsir edib.
Barselonada köynəksiz gəzmək olmaz!
İspaniyanın bəzi bölgələrində ictimai yerlərdə yarıçılpaqlığı qadağan edən qanunlar var. Küçələrdə köynəksiz gəzmək qadağandır.
İranda kişilərin toppuz yığması qadağandır!
İran mədəniyyətində kişilərə at quyruğu, uclu saç düzümü və ya toppuz taxmaq qadağandır. Bunun əvəzinə kişilər saçlarını iranlıların dəri rəngi və mədəniyyətindən ilhamlanaraq düzəldirlər.