İsrailin hücumları və blokadaları səbəbindən Qəzza zolağında aclıq və qida çatışmazlığından ölənlərin sayı artmaqda davam edir.
Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatı bölgədə aclıq elan edib.
Yarandığı gündən bəri cəmi dörd dəfə rəsmi şəkildə aclıq elan edən BMT ilk dəfə Yaxın Şərq üçün belə bir bəyanatla çıxış edib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 96-sı uşaq olmaqla 197 nəfərin yemək çatışmazlığından ölənlərə görə, Qəzzada aclıq elan edib. BMT yarandığı gündən bəri yalnız dörd dəfə rəsmi olaraq aclıq elan edib. Bu, Yaxın Şərqdə bir ölkə üçün ilk dəfədir ki, aclıq bəyannaməsi verilir.
Dəniz Pənahova