BU ÖLKƏDƏ POLIS TÜRKÜ GÜLLƏLƏYIB ÖLDÜRDÜ

BU ÖLKƏDƏ POLIS TÜRKÜ GÜLLƏLƏYIB ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Mannheim şəhərində polis 49 yaşlı Türkiyə vətəndaşı Ertekin Özkanı küçənin ortasında güllələyib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Almanya’nın Baden-Vürttemberg əyaletində yer alan Mannheim kəndində 49 yaşındakı Ertekin Özkan adlı Türk vətəndaşı, polis tərafindən küçənin ortasında vurularaq öldürülüb.
Türkiyə vətəndaşları polisin xüsusilə türklərə qarşı mühakimə olmadan qətllər törətdiyini bildirib və bu hadisənin tez bir zamanda üzə çıxarılmasını tələb ediblər. Hadisə şahidləri polisə reaksiya verərək “Anası buradadır. Onu anasının gözü qarşısında güllələmisən” deyiblər.

Ertekin Özkanın qızı atasının psixi cəhətdən sağlam olmadığını və bunun polisə məlum olduğunu, atasının isə qətlə yetirildiyini bildirib. Yerli sakinlər Özkanın narkotiklə müalicə aldığını, lakin yenidən narkotik istifadə etməyə başladığını bildiriblər.