Sankt-Peterburq metrosunda təhlükəsizlik tədbirləri gücləndirilib.
Bakupost.az xəbər verir ki, indi sərnişinlərdən telefon və digər qurğularını girişdə işə salmaq xahiş olunur. Bu
Mühafizəçilər qurğuların içini yoxlamır, sadəcə onların həqiqətən də telefon və ya noutbuk olduğuna əmin olurlar. Metal detektor çərçivələri və rentgen aparatı əvvəlki qaydada işləməkdə davam edir.
Qeyd edək ki, oxşar tədbirlər Moskva metrosunda 2025-ci ilin martından tətbiq olunub. Lakin sərnişinlərin diqqətini yalnız indi cəlb edib.
Ekspertlər bildirirlər ki, telefonun batareyası bitdikdə sərnişinlər problem yaşayır, çünki metroda cihazları doldurmaq üçün imkan yoxdur.
Bununla yanaşı, istidən qorunmaq üçün şəhər rəhbərliyi bəzi stansiyalarda sərnişinlərə pulsuz su paylamağa başlayıb.