Almaniyanın üç məscidinə yandırılmış Quran səhifələri, it nəcisi və nifrət dolu məktublar olan zərflər göndərilib.
Tribunainfo.az “Gazete Duvara” istinadən xəbər verir ki, hadisələrlə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Türk və müsəlman əhalinin sıx yaşadığı Şimali Reyn Vestfaliya əyalətində baş verən hadisələrdə Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı 3 məscidin hədəf alındığı bildirilib.
Bildirilib ki, Məscidlər Birliyi Başçıları baş verənlərlə bağlı polisə məlumat verib, lazımi araşdırmalara başlanılıb, camaata təxribatlara uymamaq barədə xəbərdarlıq edilib.