Bu ölkədə koronavirusla bağlı karantin rejimi ləğv edildibackend

Bu ölkədə koronavirusla bağlı karantin rejimi ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandda hökumət COVID-19 epidemiyası ilə mübarizə çərçivəsində sınaq və karantin daxil olmaqla bütün tədbirlərin ləğv edildiyini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, bu haqda hökumətin saytında açıqlama verilib.Bildirilib ki, bu qərar Epidemiya İdarəetmə Qrupunun (OMT) və Sosial Təsir Qrupunun (MIT) tövsiyəsi ilə qəbul edilib.

Həmçinin yoluxma simptomları olanlar üçün test aparmaq öhdəliyi və müsbət olanlar üçün də karantin tələbi qaldırılıb.

Açıqlamada yeni peyvənd dozalarının edilməyəcəyi, bələdiyyələrə bağlı peyvənd və sınaq mərkəzlərinin bağlanacağı qeyd olunub.