BU ÖLKƏDƏ İPHONE QADAĞAN EDİLDİbackend

BU ÖLKƏDƏ İPHONE QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Wall Street Journal” qəzeti Çində dövlətə bağlı qurum və təşkilatlarda çalışanlara “Apple” şirkətinin iPhone model smartfonlarını və digər xarici marka modellərini iş üçün istifadə etməmək və onları işə aparmamaq göstərişi verildiyini iddia edib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, qəzet “mövzu ilə bağlı məlumatı olan mənbələrə” əsaslanan xəbərində qeyd edib ki, son həftələrdə dövlət qulluqçuları iş yerlərində keçirilən toplantılarda və mesaj qruplarında rəhbərlərindən göstərişlər alıblar.

Sərəncamın nə dərəcədə geniş vüsət aldığının bilinmədiyi qeyd edilən xəbərdə bəzi dövlət tənzimləyici qurumlarının şəxsi heyətinə də oxşar xəbərdarlıqların edildiyi bildirilib.

Xəbərdə Pekinin əslində bəzi kritik dövlət qurumlarında vəzifəli şəxslər tərəfindən iPhone istifadəsinə məhdudiyyətlər qoyduğu və son əmrin tətbiqi daha adi hala gətirdiyi iddia edildi.

Bu tədbir Pekin administrasiyasının texnologiyadan xaricdən asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq üçün son səylərinin bir hissəsi hesab olunur.