21 oktyabr 2023-cü il tarixində Avstraliyanın Viktoriya əyalətində ictimai yerlərdə “Nasist salamı” qadağan edildikdən sonra sözügedən salamı verməkdə günahlandırılan Yakob Hersantın həbs cəzası gözlədiyi bildirilib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Dinləmədən sonra mətbuata açıqlama verən Hersant, “Hökumətin qolumu müəyyən bir şəkildə hərəkət etdirdiyim üçün məni həbs etməyə çalışmasının gülünc olduğunu düşünürəm, halbuki biz demokratiyada yaşamalıyıq”, -deyib.
Bu qərarla Hersant “Viktoriyada “nasist salamı” verdiyi üçün həbs cəzası alan ilk şəxs” oldu.
Avstraliyanın Viktoriya ştatında 21 oktyabr 2023-cü ildə, yanvarın 8-də isə bütün ölkədə ictimai yerlərdə “nasist salamı”nın verilməsi qadağan edilib.
Qanun çərçivəsində qeyd edilib ki, ictimai yerlərdə nasist salamı verən, svastika və ya “Nasist Schutzstaffel (SS)” adlı hərbiləşdirilmiş birləşmə ilə əlaqəli “qara günəş” simvolu nümayiş etdirən şəxslər 12 aya qədər həbs cəzası ala bilərlər.