Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, avqustun 31-də Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ baş verib.
Tribunainfo.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabaddan 50 kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar nəticəsində bölgədə genişmiqyaslı dağıntılar yaranıb. Hindquş dağları bölgəsində 200-dən çox insan həyatını itirib.
Məlumata görə, Cəlalabadda bir yaşayış binasının dam örtüyünün uçması nəticəsində iki uşaq ölüb. Hazırda xilasetmə işləri davam etdirilir, ölənlərin sayının artacağı istisna edilmir.