Hindistanda təyyarələrdəki tualetlərlə bağlı şok cəza qərarı qəbul edilib.
Hindistanda təyyarələrdəki tualetlərlə bağlı şok cəza qərarı qəbul edilib.
TİA.AZ BBC-yə istinadən xəbər verir ki, yeni qərar təyyarələrin göyərtəsindəki ayaqyolularının yerə boşaldılması ilə bağlıdır.
Belə ki, Dehli şəhər sakinlərindən təyyarələrdən ayaqyolu tullantılarının yaşayış yerlərinin üzərinə atılması ilə bağlı aidiyyəti qurumlara minlərlə şikayət olunub. Hətta, Dehli sakinləri bildirib ki, onlar şəhərdə hərəkət edərkən, başlarına ayaqyolu tullantıları düşür.
Hindistan hökuməti isə bütün bu problemlərin qarşısını almaq üçün hava yolları şirkətlərini və təyyarə pilotlarını cəzalandırmaq yolunu seçib
Qərara əsasən, təyyarələr Hindistanın yaşayış yerlərinin üzərindən uçarkən tualeti yerə boşaldarsa, 50 min rupi (təxminən 736.4 dollar) cərimə olunacaq.
Bu, Hindistan məhkəməsinin qərarı ilə icra olunacaq. Qərar 2017-ci ildən qüvvəyə minəcək.