İndoneziyanın şimalında Ruanq vulkanının vulkan püskürməsi ilə əlaqədar bölgələrdə 828 nəfərin təxliyəsi qərara alınıb.
Tribunainfo.az Trt Haber-ə istinadən xəbər verir ki, İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari partlayışa görə
828 nəfərin bölgədən təxliyə edildiyini və aprelin 29-na qədər “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.
Muhari həmçinin bildirib ki, partlayışdan sonra ətrafa yayılan kül ətrafdakı rabitə şəbəkələrinə ziyan vurub.