Bu ölkədə epidemiyadan 85 nəfər öldü

Bu ölkədə epidemiyadan 85 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Yobe əyalətində ilin əvvəlindən bəri menenjit epidemiyasından ölənlərin sayı 85-ə yüksəlib.

Tribunainfo.az Sabah-a istinadən xəbər verir ki,Yobe əyalətinin səhiyyə komissarı Muhammad Lawan Qana, etdiyi yazılı açıqlamada, menenjit epidemiyasının yanvar ayından bəri əyalətin müxtəlif bölgələrinə yayılmağa davam etdiyini söylədi.

Epidemiya səbəbindən həyatını itirənlərin sayının ilin əvvəlindən 85-ə yüksəldiyini qeyd edən Qana, xəstəliyə tutulan 2510 nəfərin müalicə olunaraq xəstəxanadan buraxıldığını açıqlayıb.

Qana qeyd etdi ki, tibb işçiləri qapı-qapı gəzərək aktiv halları yoxlayırlar.

Nigeriya hökuməti 2030-cu ilə qədər menenjitə qalib gəlmək üçün yeni tədbirlər gördüyünü açıqladı.

Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədəni təsir altına alır.