Hindistanda dövlət qurumlarından birinin işçiləri başlarına düşən tavan parçalarından qorunmaq üçün dəbilqədə işləməyə məcburdurlar.
Tribunainfo.az oxu.az-a istinadən bildirir ki, idarənin Telanqana əyalətinin İnkişaf Departamenti olduğu bildirilir. Qurum rayonun kəndlərində infrastrukturun inkişafı ilə məşğuldur.
Yerli media binanın yararsız vəziyyətdə olduğunu və ara-sıra tavandan suvaq parçalarının düşdüyünü yazır. Hətta xoşagəlməz hadisə nəticəsində əməkdaşlardan biri ağır xəsarət alıb. Qalanları isə əlavə qoruyucu dəbilqə geyinməyi qərara alıblar.
Məlumata görə, bu fotolar internetdə yayıldıqdan sonra ofisin tezliklə başqa binaya köçürüləcəyi vəd edilib.