Bu ölkədə dang qızdırması hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Bu ölkədə dang qızdırması hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Puerto-Rikoda artan dang xəstəliyinə yoluxma hallarına görə fövqəladə vəziyyət elan edilib.

Tribunainfo.az xəbər verir ki, Açıqlamada, ilin əvvəlindən bu yana ölkədə ən azı 549 dang qızdırması hadisəsinin aşkarlandığı, əksəriyyətinin paytaxt San Juan şəhərində olduğu, 340-dan çox insanın isə xəstəxanada müalicə aldığı bildirilib.

Xəstəliklərin artması səbəbindən xalq sağlamlığını qorumaq üçün fövqəladə vəziyyət elan edən açıqlamada, təxminən 3,2 milyon əhalisi olan Puerto Rikoda 2023-cü ildə 1293 dang qızdırması hadisəsinin olacağı da ifadə edildi.

Səhiyyə naziri Karlos Mellado mövzu ilə bağlı verdiyi açıqlamada bu il dang qızdırması hallarının rekord sayına çatıldığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tropik xəstəliklər bölməsinin direktoru Raman Velayudhan fevral ayında açıqlamışdı ki, 2023-cü ildə dünyada 5,5 milyondan çox dang qızdırması hadisəsi aşkar edilib və bu xəstəlikdən 5 min nəfər ölüb.