Bu ölkədə 4 günlük iş həftəsi tətbiq olunacaqbackend

Bu ölkədə 4 günlük iş həftəsi tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada fevralın birindən 4 günlük iş həftəsinə keçid üzrə pilot layihə işə salınacaq. Tribunainfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, pilot layihədə 45 şirkət iştirak edir. Layihədə iştirak edən şirkətlərin əməkdaşları həftənin 4 günü çalışacaq, lakin 5 günlük iş həftəsində olduğu kimi əmək haqqı alacaqlar.

Layihənin məqsədi iş müddəti azalanda əməkdaşların iş qabiliyyətinin artıb-artmayacağını araşdırmaqdan ibarətdir. Belə ki, pandemiyadan sonra bir çox əməkdaşlar ofisə gələrək yorucu iş həftəsində çalışmaqdan imtina edib və ya bunun üçün əmək haqqının qaldırılmasını tələb edib.