Bu ölkə sosial şəbəkələri qadağan edirbackend

Bu ölkə sosial şəbəkələri qadağan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya gənclər arasında tənhalıq və sosial təcrid hallarının artması səbəbindən sosial media və mobil cihazlara qadağa qoymağı planlaşdırır.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, xüsusilə “Hikikomori sindromu” olaraq adlandırılan insanın sosial həyatdan tamamilə uzaqlaşdığı bu vəziyyətin Yaponiyada başlayan bir problem olduğu bilinsə də, bütün dünyaya yayılmağa başlayıb.

İtaliyada pedaqoq və psixoterapevt uşaqların ekrandan həddindən artıq istifadə etməsinin yaratdığı zərəri aradan qaldırmaq üçün sosial mediadan istifadə edib. Media vasitəsilə imzatoplama kampaniyasına başlayıb. Kampaniya tez bir zamanda böyük hərəkata çevrildi və yüz minlərlə valideynin imzası ilə əhəmiyyətli təsir bağışladı.

Bu şəkildə İtaliyada mobil telefondan istifadəyə məhdudiyyətlər bu gün gündəmdədir. İş o yerə çatıb ki, uşaqların məktəblərdə mobil telefondan istifadə etməsi hökumətin prioritetləri sırasındadır. Ölkə məktəblərdə telefondan istifadəni tamamilə qadağan etməyi planlaşdırır. “Hikikomori” sindromu bu qərarın arxasında mühüm amildir.