Bu ölkə Qolodomoru ukraynalıların soyqırımı kimi tanıdıbackend

Bu ölkə Qolodomoru ukraynalıların soyqırımı kimi tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sloveniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan bəyannamə qəbul edib.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın rəhbəri Ruslan Stefançuk məlumat verib.

“Mən Sloveniya parlamentarilərinə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan və bu dəhşətli cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edən bəyannamə qəbul etdiklərinə görə minnətdaram. Bəşəriyyət bu dəhşəti bilməli və xatırlamalıdır ki, bu dəhşətli hadisə bir daha baş verməsin!” , – o bildirib.
Prezident Volodimir Zelenski həmçinin Sloveniya parlamentarilərinə 1932-1933-cü illərdə Ukraynada Qolodomor-soyqırımının milyonlarla qurbanının xatirəsini yad edən bəyannamənin qəbuluna görə təşəkkür edib.