Dünya qarışıb. Hər tərəf od tutub yanır, uşaqlar ölür. Ziddiyyət və maraq toqquşmalarının son həddə çatdığı regionların sayı kifayət qədərdir.
Müharibələrin miqyası böyüyə bilərmi? İran da müharibəyə qatılsa gedişat necə olar? Son addım kimi nüvə silahından istifadə mümkündürmü?
Bu barədə Tribunainfo.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, müharibələrin aktiv fazası iki istiqamətdə davam edir. Rusiya-Ukrayna müharibəsi 950-ci gününə yaxınlaşmaq mərhələsindədir. Eyni zamanda İsrail HƏMAS qarşıdurması artıq Livanın ərazisinə İsrailin zərbələr endirməsi ilə davam etdirilməkdədir.
Ekspertin sözlərinə görə, burada NATO-nun da planları mövcuddur. Sonuncu sammitində qeyd edildi ki, NATO-nun hədəfləri Rusiya, İran, Şimali Koreya, Çin olacaq.
“Yaxın 10 ildə gözlənilən arealda müharibənin genişlənməsi mümkündür. İran da hədəfdədir. Nüvənin zənginləşdirilməsi proyektini bitirməsi səbəbilə nə qədər də NATO-ya daxil olan ölkələrin rəhbərləri bu nüvə silahını proqramlarını dayandırmaq istəyi olsa da İran bunu etmir. Bu və ya digər formada İsrailin Livana qarşı apardığı müharibədə İranın da dəstəklədiyi proksi qüvvələr var.
Ona görə də çalışacaqlar ki, İranı İsrail-Livan müharibəsi fonunda səbəb göstərərək savaşa cəlb etsinlər. Nüvə silahı çəkindirmə gücüdür. İstər Rusiya, istərsə də Ukrayna üzərindən NATO-nun danışıqları gəlib dalana dirəndiyi üçün Rusiya taktiki nüvə silahının istifadəsinə dair fikirlər səsləndirir.
Şimali Koreya da nüvə silahlarını həyata keçirir. Qarşı tərəf də 52 ölkə tam güclə Ukraynanı dəstəkləyir. Təhdidlər var, müharibələrin davamının artması arealların genişlənməsini görürük. Bu səbəbdən də mümkün olacaq gərginliklərin pik həddinə çatanda nüvə silahının istifadəsinə dair taktiki səviyyədə tərəflərin hansısa birinin buna qərar verəcəyi heç zaman istisna deyil. Nüvə silahı çəkindirmə silahıdır. Əgər müharibələr bu ölkələrin ərazilərinə keçmirsə, Rusiyaya Ukrayna tərəfindən müdaxilə olunur, İranın əraziləri gələcəkdə Çin-Tayvan müharibəsi üzərində planlar var. Bunların hamısında risklər artır. Xüsusən də nüvə silahının taktiki səviyyədə istifadəsinə dair ölkələrdə… Görünür insanlar müharibəni bitirməkdənsə artıq müharibələr insanları bitirmək mərhələsinə keçib”.
Dəniz Pənahova