Cənubi Koreya parlamenti istehlak üçün itlərin yetişdirilməsini və kəsilməsini qadağan edən qanun layihəsini qəbul edib. Ölkə daxilində illərdir davam edən müzakirələrdən sonra it əti yemək praktikası dayandırılıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Milli Məclisdə keçirilən səsvermədə qanun layihəsinin əleyhinə səs verən olmayıb və layihə yekdilliklə 208 “hə” səsi ilə qəbul edilib. Bu qanun layihəsinin təsdiqi ilə 2027-ci ildən sonra ölkədə it ətinin yeyilməsi qadağan edilib.
Qanun it inqrediyentləri ilə hazırlanmış və ya emal edilmiş qida məhsullarının paylanmasını və satışını qadağan edəcək.
Qanun layihəsinə görə, yemək üçün it kəsən hər kəsi 3 ilə qədər həbs və ya 30 milyon Koreya vonu və ya təxminən 23.000 ABŞ dolları məbləğində cərimələnə bilər.
Yemək üçün it bəsləyən və ya bilərəkdən itlərdən hazırlanan yeməkləri alan, saxlayan və ya satan şəxslər də daha aşağı cərimələr və həbs cəzaları ilə üzləşəcəklər.