Asiya ölkəsi evlənmək istəyən cütlüklərə maddi yardım etmək qərarına gəlib.
Tribunainfo.az xəbər verir ki, gəlinlər üçün 25 yaş və daha kiçik olmaq şərti tətbiq edilib və veriləcək nağd pulun miqdarı müəyyən edilib.Çin əhalisinin azalması və qocalması tendensiyasını dəyişmək istəyir. Doğuş səviyyəsinin aşağı düşməsi ilə bağlı narahatlıqların artdığı bir vaxtda gəncləri ailə qurmağa təşviq etmək üçün yeni tədbir görülüb.
Çinin Çanşan şəhərində qəbul edilən qərara əsasən, yeni evlənən cütlüklərə pul mükafatı verilməsinə qərar verilib. Amma bunun şərtləri var. Ölkənin şərq şəhərində atılan addıma görə, gəlinin yaşı 25 və daha kiçik olarsa, cütlüklər 1000 yuan (137 dollar) məbləğində pul mükafatı alacaqlar.
Eyni zamanda, uşaqlı cütlüklər üçün bir sıra uşağa qulluq, doğuş və təhsil müavinətləri də yeni tənzimləmə ilə əhatə olunur.
Çində qanuni nikah yaşı kişilər üçün 22, qadınlar üçün isə 20-dir. Ancaq Asiya ölkəsində evlənən cütlüklərin sayı günü-gündən azalır.