Bu ölkə əhalisinin təxminən yarısı əcnəbilərdirbackend

Bu ölkə əhalisinin təxminən yarısı əcnəbilərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanında yaşayan 32 milyondan çox əhalinin 41,6 faizini əcnəbilər təşkil etdiyi açıqlanıb.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı Baş Statistika İnstitutu açıqlama yayıb.Açıqlamada ölkə əhalisinin 2022-ci il etibarilə 32,2 milyon nəfərə çatdığı qeyd olunub.

Bildirilib ki, bu rəqəmin 58,4 faizini təşkil edən 18,8 milyon nəfər Səudiyyə Ərəbistanı vətəndaşları, 41,6 faizini təşkil edən 13,4 milyon nəfər isə əcnəbilərdir. Səudiyyə Ərəbistanında ən çox əhalisi olan əcnəbilər müvafiq olaraq Banqladeş, Hindistan, Pakistan, Yəmən və Misirdəndir.