Bu ölkə də homoseksualların nikahını qanuniləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mühafizəkar və katolik ölkəsi olan Malta homoseksuallara evlilik hüququ verən qanunu parlamentə təqdim edib. 

Mühafizəkar və katolik ölkəsi olan Malta homoseksuallara evlilik hüququ verən qanunu parlamentə təqdim edib.

Publika.az xəbər verir ki, parlamentin səsverməsində kilsənin etirazlarına rəğmən 67 millət vəkilindən yalnız 1-i qanunun əleyhinə səs verib.

Qanunla ölkədə evlənən insanların istifadə etdiyi “ər”,”arvad” kimi cinsi kateqoriyalı sözlər leksikadan çıxarılıb və onun yerinə “yoldaş” kimi cinsi kateqoriyası olmayan sözlər yerləşdirilib.

“Ana” və “ata” sözləri isə “doğuş edən valideyn” və “doğuş etməyən valideyn” kəlimələrinə dəyişdirilib.

Prezident Jozef Muskat homoseksualların evlilik problemini ölkənin 1 nömrəli problem kimi qəbul edib. Qanunun parlamentin təsdiqindən keçməsinin ardınca prezident “bu, tarixi bir qərardır. Artıq demokratiyanın və toplumun təkmilləşdiyini və hamının bərabər hüquqa malik olduğunu söyləyə bilərik” açıqlamasını verib.