İslandiyanın Reykjanes yarımadasında vulkan püskürməsinin ardından kül buludlarının paytaxt Reykyavikə çatacağı ilə bağlı xəbərdarlıq edilib.
Tribunainfo.az HaberGlobal-a istinadən xəbər verir ki, İslandiyanın Reykjanes yarımadasında qeydə alınan zəlzələlərdən sonra dekabrın 18-də vulkan püskürməsindən sonra ətraf şəhərlər üçün xəbərdarlıq edilib.
Tüstü və kül qoxusu vulkandan 30 kilometr uzaqlıqdan belə hiss olunarkən, kül buludlarının gün ərzində paytaxt Reykyavikə çatacağı xəbərdarlığı edilib.
Paytaxtda yaşayanlar müsahibələrində partlayış baş verən zaman səmada “qırmızı şimşəklər”in olduğunu bildiriblər.
İslandiya Xarici İşlər Naziri Bjarni Benediktsson X sosial media hesabından verdiyi açıqlamada vulkan püskürməsi səbəbindən ölkənin hava nəqliyyatında heç bir axsama olmadığını bildirib.
Ölkədə fövqəladə vəziyyət elan edilib. Səlahiyyətlilər ehtiyat tədbiri olaraq ölkənin cənub-qərbindəki Qrindavik şəhərini boşaltmağa qərar vermişdilər.
İslandiya Meteorologiya İdarəsi (IMO) dekabrın 18-də Qrindavik yaxınlığında vulkan püskürməsinin baş verdiyini açıqlayıb.
İslandiya Ölkədə yayımlanan RUV televiziyasına verdiyi açıqlamada Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsi rəsmilərindən Vidir Reynisson maqma axınına işarə edərək, hadisənin “bölgə üçün böyük bir partlayış” olduğunu bildirib.